Bank Of Baku

ABŞ Marneuli və Potidə hərbi bazalar yarada bilər

ABŞ Marneuli və Potidə hərbi bazalar yarada bilər
# 03 fevral 2009 11:26 (UTC +04:00)
Moskva – APA. Rusiyanın müstəqil dövlət kimi tanıdığı Abxaziyada öz hərbi gəmiləri və hərbi təyyarələri üçün bazalar yaratmaq planına cavab olaraq ABŞ da Gürcüstan ərazisində hərbi bazalar yaratmaq niyyətindədir. APA-nın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza bölgədə Rusiya ilə balansa nail olmaq üçün ölkəsinin Gürcüstanda hərbi bazalar açmasının mümkünlüyünü bildirib. Gürcüstan hakimiyyətindəki mənbələr də Vaşinqtonun Poti və Marneulidə hərbi bazalar yaratmaq üçün rəsmi Tiflislə danışıqlara başladığını təsdiqləyiblər. ABŞ-ın Avropadakı silahlı qüvvələrinin nümayəndə heyətinin yanvar ayında Gürcüstana səfəri zamanı bu məsələ müzakirə olunub. Bununla yanaşı, Moskva öz planından imtina edərsə, Gürcüstan hökuməti də öz ərazisində ABŞ hərbi bazaları yerləşdirmək ideyasından vaz keçə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR