Bank Of Baku

7-ci sinif şagirdi idman dərsində qəflətən ölüb

7-ci sinif şagirdi idman dərsində qəflətən ölüb
# 04 fevral 2009 08:03 (UTC +04:00)
Arxangelsk-APA. Arxangelskdə idman dərsi zamanı 7-ci sinif şagirdi vəfat edib. APA-nın məlumatına görə, APA-nın məlumatına görə, şagirdin səhhəti dərs başlayan zaman pisləşib. İdman müəllimi, daha sonra isə məktəbin tibb işçisi şagirdə ilkin tibbi yardım göstərsə də, onların səyləri nəticəsiz qalıb. Hadisə yerinə çağırılan təcili yardım briqadası da şagird yardım göstərmək istəyib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Arxangelsk şəhər administrasiyası vəfat edən şagirdin dispanserdə qeydiyyatda olduğunu, bir müddət əvvəl sətəlcəmdən müalicə aldığını bəyan edib. Qeyd edək ki, ilin dekabrında Maqnitoqorskda, bir qədər əvvəl isə Voronejdə idman dərsi zamanı şagird vəfat edib. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə məktəblərindən idman dərsləri zamanı hər il orta hesabla 6-12 şagird vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR