Bank Of Baku

Vaşinqton Qırğızıstanın ABŞ-a məxsus aviabazanı bağlamaq qərarına münasibət bildirəcək

Vaşinqton Qırğızıstanın ABŞ-a məxsus aviabazanı bağlamaq qərarına münasibət bildirəcək
# 04 fevral 2009 08:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rəsmi Vaşinqton Qırğızıstanın Bişkek beynəlxalq aeroportunda yerləşən ABŞ-a məxsus aviabazanın qapadılacağı ilə bağlı bu ölkə rəhbərliyinin bəyanatlarına münasibət bildirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Bişkekdəki səfirliyinin mətbuat xidmətinin nümayəndəsi deyib. Qırğızıstan hökumətindən məsələ ilə bağlı hər hansı rəsmi sənədin daxil olmadığını söyləyən diplomat bildirib ki, ABŞ rəsmi bəyanatla çıxış edəcək. Aviabazanın ictimaiyyətlə əlaqələr üzrə zabiti Demyen Pikart isə adi rejimdə çalışdıqlarını açıqlayıb.

Xatırladaq ki, Rusiyada səfərdə olan Qırğızıstan prezidenti Kurmanbek Bakiyev həmkarı Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında Bişkekdəki ABŞ hərbi bazasını bağlamaq qərarı verdiklərini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR