Bank Of Baku

Rusiyadan 2 milyard 150 milyon dollar alan Qırğızıstan hökuməti ABŞ aviabazasının bağlanması haqqında qanun layihəsi hazırlayıb

Rusiyadan 2 milyard 150 milyon dollar alan Qırğızıstan hökuməti ABŞ aviabazasının bağlanması haqqında qanun layihəsi hazırlayıb
# 04 fevral 2009 11:27 (UTC +04:00)
Bişkek – APA. Qırğızıstan hökuməti ölkə ərazisində ABŞ aviabazasının yerləşdirilməsinə dair Vaşinqtonla imzalanmış müqavilənin denonsasiyası (ləğvi) haqqında qanun layihəsi hazırlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qanun layihəsi təsdiq olunmaq üçün parlamentə göndərilib. Layihənin fevralın 5-də qəbul olunacağı gözlənilir. Qanunun qüvvəyə minməsindən sonra ABŞ 6 ay ərzində öz hərbi kontingentini Qırğızıstandan çıxarmalıdır.

Qeyd edək ki, ABŞ-ın Bişkekdəki “Manas” aviabazasının qapadılması qərarı fevralın 3-də Moskvada Qırğızıstan prezidenti Kurmanbek Bakiyev tərəfindən açıqlanıb. Rusiya tərəfindən Qırğızıstana 2 milyard dollar kredit və 150 milyon dollar əvəzsiz maliyyə yardımı ayrılması rəsmi Bişkekin bu qərarında həlledici rol oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR