Bank Of Baku

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr vahid ordu yaratmaq barədə razılığa gəliblər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr vahid ordu yaratmaq barədə razılığa gəliblər
# 04 fevral 2009 13:19 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedyev quruma daxil olan Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın vahid silahlı qüvvələr yaratmağı zəruri hesab edirlər. Bu qurumun nə zaman yaradılacağı hələlik məlum deyil. Dmitri Medvedyev kollektiv çevik qüvvələr kontingentinin Rusiya ərazisində dislokasiya olunacağını bildirib. Bundan əvvəl isə bildirilir ki, həmin qüvvələr öz ölkələrinin ərazisində dislokasiya olunacaq və yerli müdafiə strukturlarına tabe olacaqlar. Prezidentin köməkçisi Sergey Prixodko qeyd edib ki, kollektiv çevik qüvvələr kontingenti hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə məqsədilə xüsusi əməliyyatların keçirilməsində, böhran vəziyyətlərinin nəticələrinin aradan qaldırılmasında istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR