Bank Of Baku

Ermənistan daxili işlər nazirinin müavini öldürüldükdən 15 dəqiqə sonra yaxınlıqda əsgər meyiti tapılıb

Ermənistan daxili işlər nazirinin müavini öldürüldükdən 15 dəqiqə sonra yaxınlıqda əsgər meyiti tapılıb
# 04 fevral 2009 13:33 (UTC +04:00)
İrəvan – APA. Rusiya Sərhəd Qoşunlarının əsgəri, 1982-ci il təvəllüdlü Artur Matevosyanın meyiti tapılıb. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, əsgərin meyiti fevralın 3-də yerli vaxtla saat 20.30-da İrəvanın Kiyev körpüsünün altında aşkarlanıb. Maraqlıdır ki, bu körpü elə həmin gün saat 20.15-də öldürülən daxili işlər nazirinin müavini Gevork Mgeryanın evinin yaxınlığındadır. Əsgərin intihar etdiyi, yoxsa qətlə yetirildiyi hələlik bilinmir.

Xatırladaq ki, G. Mgeryan yaşadığı binanın 7-ci mərtəbəsində yerləşən mənzilinə daxil olmaq istəyərkən liftin qarşısında naməlum şəxs tərəfindən güllələnib. O, başından 3, sinəsindən isə 1 güllə yarası alıb və yerindəcə keçinib. Hadisə yerində 8 giliz tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR