Bank Of Baku

Qroznının sabiq vitse-meri Moskvada qətlə yetirilib

Qroznının sabiq vitse-meri Moskvada qətlə yetirilib
# 05 fevral 2009 07:02 (UTC +04:00)
Moskva-APA. Qroznının sabiq vitse-meri Gilani Şepiyev Moskvada naməlum şəxs tərəfindən güllələnib. APA-nın məlumatına görə, Moskva hüquq-mühafizə orqanları qətlin sifarişli xarakter daşıdığını və birbaşa Şepiyevin peşəkar fəaliyyəti ilə bağlı olduğunu bildirirlər. Şahidlərin sözlərinə görə, naməlum şəxs evinin önündə Şepiyevə yaxınlaşaraq onun baş nahiyəsinə tapançadan üç dəfə atəş açıb. Atəşin “Makarov” markalı tapançadan açıldığı bildirilir. Fakt üzrə “qətl” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR