Bank Of Baku

Ukrayna parlamentində qarışıqlıq yaranıb

Ukrayna parlamentində qarışıqlıq yaranıb
# 05 fevral 2009 11:04 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasında ölkədəki sosial-iqtisadi vəziyyət və hakimiyyət orqanlarının böhrandan çıxmaq üçün gördüyü tədbirlərlə bağlı müzakirələr başlayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, baş nazir Yuliya Timoşenko deputatlar qarşısında hesabatla çıxış edib. Y. Timoşenkonun çıxışından sonra ona sual ünvanlamaq istəyən deputatların qeydiyyatı aparılıb. Ancaq sual vermək üçün yalnız “YuliyaTimoşenko” və “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloklarının üzvlərinin qeydə alındığını iddia edən Regionlar Partiyasının deputatları parlament tribunasını mühasirəyə alıblar. Onlar sual vermək istəyənlərin yenidən qeydiyyata alınmasını tələb ediblər. Spiker Vladimir Litvin bu təklifi səsə qoyub. Təklifi cəmi 185 deputatın dəstəklədiyi (qərar qəbul etmək üçün 226 səs lazımdır) açıqlandıqdan sonra RP üzvləri yenidən tribunanı mühasirəyə alıblar. Hökumət tərəfdarları ilə müxalifətçilər arasında itələşmə baş verib. Bundan sonra V. Litvin təklifi yenidən səsə qoyub. Bu dəfə təklifin lehinə 362 nəfər səs verib. Bundan sonra tribunanın mühasirəsinə son qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR