Bank Of Baku

Mixail Saakaşvili “Gürcüstan Dövlət Dəmir Yolları” şirkətini Rusiyaya satır

Mixail Saakaşvili “Gürcüstan Dövlət Dəmir Yolları” şirkətini Rusiyaya satır
# 05 fevral 2009 11:28 (UTC +04:00)
APA-nın “Vzqlyad” qəzetinə istinadən yaydığı məlumata görə, Gürcüstan hökuməti 2007-ci ildə ölkənin dəmiryolu şəbəkəsini Britaniyanın “Parkfield Investment” şirkətinə 99 il müddətinə icarəyə verib. İcarə şərtlərinə əsasən, şirkət ölkənin dəmiryolu sisteminə 10 il müddətinə 3 milyard dollar sərmayə qoymalı idi. Lakin sonradan bu saziş açıqlanmayan səbəblərdən pozulub. Mətbuatın yazdığına görə, Mixail Saakaşvili “Gürcüstan Dövlət Dəmir Yolları”nı sataraq əldə olunan vəsaiti digər layihələrə yönəltmək, bununla da hakimiyyətini qorumaq niyyətindədir. “Gürcüstan Dövlət Dəmir Yolları”nın rəhbərliyi isə bu məlumatları təkzib edib. Qeyd edək ki, Gürcüstanda ümumi uzunluğu 1323,9 kilometr olan dəmiryolu xətti şəbəkəsi mövcuddur. Buraya 1422 körpü, 32 tunel, 22 sərnişin vağzalı, 114 yük stansiyası daxildir. Ölkənin dəmiryolu şəbəkəsində ümumilikdə 15,500 nəfər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR