Bank Of Baku

Moskvada daha bir qafqazlı öldürülüb

Moskvada daha bir qafqazlı öldürülüb
# 05 fevral 2009 11:54 (UTC +04:00)
Moskva – APA. Rusiya paytaxtında növbəti sifarişli qətl baş verib. APA-nın “Vesti” telekanalına istinadən verdiyi məlumata görə, Moskva şəhərinin Leninqrad prospektində milliyyətcə gürcü olan sahibkar güllələnib. Fevralın 5-nə keçən gecə yerli vaxtla saat 01-ə yaxın naməlum şəxs öz itini gəzdirən iş adamına odlu silahdan atəş açaraq qaçıb. Olay yerinə gələn operativ qrup işə başlaya bilməyib, çünki it onları cəsədə yaxın buraxmayıb. Yalnız kinoloqlar gəlib iti apardıqdan sonra müstəntiqlər işə başlayıblar.
Xatırladaq ki, fevralın 2-də Moskvada azərbaycanlı və erməni iş adamları qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR