Bank Of Baku

MDB-də ümumi əmək bazarının formalaşdırılması müzakirə olunacaq

MDB-də ümumi əmək bazarının formalaşdırılması müzakirə olunacaq
# 05 fevral 2009 12:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 10-11-də Müstəqil Dövlətlər Birliyinin (MDB) İcra Komitəsində ümumi əmək bazarının formalaşması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi məsələləri müzakirə olunacaq. İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekspertlər 2000-ci ildə qəbul olunmuş ümumi əmək bazarının mərhələli formalaşdırılması və MDB-yə üzv ölkələrin işçi qüvvələrinin miqrasiyasının tənzimlənməsi Konsepsiyasına əlavələr və dəyişikliklə bağlı təklifləri müzakirə edəcəklər. Onlar Konsepsiyanın müddəalarını təhlil edəcək, sənədin müasir reallıqlara uyğunluğunu müəyyənləşdirəcək, lazım gəldikdə müvafiq dəyişikliklər və əlavələr edəcək, bu mövzu ilə bağlı prioritet tədbirlər planını müzakirəyə çıxaracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR