Bank Of Baku

Yuliya Timoşenkonu istefaya göndərmək cəhdi baş tutmayıb

Yuliya Timoşenkonu istefaya göndərmək cəhdi baş tutmayıb
# 05 fevral 2009 15:47 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası baş nazir Yuliya Timoşenkonun hökumətinə etimadsızlıq göstərilməsi barədə təklifi dəstəkləməyib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, ölkədəki sosial-iqtisadi vəziyyət və böhrandan çıxmaq istiqamətində hakimiyyət orqanlarını atdığı addımlarla bağlı Y. Timoşenkonun çıxışını dinləyən parlamentdə Regionlar Partiyasının təklifi ilə etimad səsverməsi keçirilib. Səsvermə nəticəsində cəmi 203 millət vəkili təklifin lehinə səs verib və hökuməti istefaya göndərmək üçün lazım olan 226 səsi yığmaq mümkün olmayıb. Təklifi Regionlar Partiyasından 172, Kommunist Partiyasından 20, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokundan 10, “Yuliya Timoşenko” blokundan isə 1 deputat dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR