Bank Of Baku

Nika Gilauri Gürcüstanın baş naziri təyin olunub

Nika Gilauri Gürcüstanın baş naziri təyin olunub
# 06 fevral 2009 14:19 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan parlamentinin növbədənkənar toplantısında yeni hökumətin tərkibi təsdiqlənib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, müxalifətçi deputatların qatılmadığı toplantıda yeni kabinetin lehinə 108, əleyhinə isə 8 deputat səs verib. Əvvəlki hökumətdə maliyyə naziri vəzifəsini tutan Nika Gilauri baş nazir təyin olunub. Yeni maliyyə naziri Kaxa Bainduraşvili həm də baş nazirin 1-ci müavini vəzifəsini tutacaq. Digər nazirlərin hamısı öz vəzifələrini saxlayıb. İki yeni nazirlik yaradılıb. Dmitri Şaşkin cəzaların icrası və hüquqi yardım, David Tkeşelaşvili isə infrastruktur və regional idarəetmə naziri təyin olunublar.
2003-cü ildə Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra baş nazir vəzifəsinə gətirilən 5-ci şəxs olan N. Gilauri deputatları hökumətin proqramı ilə tanış edərək bildirib ki, əsas vəzifəsi yeni iş yerləri yaradılması olacaq.
Xatırladaq ki, bundan əvvəlki baş nazir - Qriqol Mqaloblişvili yanvarın 30-da səhhəti ilə əlaqədar istefaya gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR