Bank Of Baku

ABŞ Dövlət Departamenti Rusiyanın Gürcüstan ərazisində hərbi bazalar yerləşdirmək niyyətini pisləyən bəyanatla çıxış edib

ABŞ Dövlət Departamenti Rusiyanın Gürcüstan ərazisində hərbi bazalar yerləşdirmək niyyətini pisləyən bəyanatla çıxış edib
# 07 fevral 2009 07:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Dövlət Departamenti bildirib ki, bu addım Moskva ilə Tiflis arasında imzalanmış sazişdə qoşunların əvvəlki dislokasiya məntəqələrinə geri çəkilməsi haqqında müddəanın kobud şəkildə pozulması deməkdir. Qurumun mətbuat katibi Robert Vud bildirib ki, Moskva bu addımı ilə üzərinə götürmüş öhdəliklərdən imtina etmiş olacaq: “Həmçinin Gürcüstan hökumətinin razılığı olmadan bu ölkənin ərazisində xarici hərbi bazaların yerləşdirilməsi dövlətin suverenliyini və ərazi bütövlüyünü şübhə altına almaq deməkdir”.
Qeyd edək ki, Rusiya Cənubi Osetiyada bir, Abxaziya ərazisində isə iki hərbi baza yerləşdirəcəyini açıqlayıb. Cava, Qudautu və Oçamçirada hərbi bazaların tikilməsi Rusiyaya 12 milyard rubla başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR