Bank Of Baku

Ötən il Ukraynada alınan rüşvətin orta məbləği 9,300 dollar təşkil edib

Ötən il Ukraynada alınan rüşvətin orta məbləği 9,300 dollar təşkil edib
# 07 fevral 2009 07:31 (UTC +04:00)
Kiyev-APA. Ötən il Ukraynada alınan rüşvətin orta məbləği 9,300 dollar təşkil edib. APA-nın məlumatına görə, ölkənin daxili işlər naziri Yuri Luçenko ölkədə alınan rüşvətin orta məbləğinin bir il əvvəlki dövrlə müqayisədə 2,7 dəfə artdığını bildirib. DİN rəhbərinin sözlərinə görə, ötən il müxtəlif dövlət məmurları ümumilikdə 3,3 milyon dollar rüşvət alıblar. Bununla bağlı əsasən Müdafiə Nazirliyi, Regional İnkişaf Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyinin məmurlarına, həmçinin yerli administrasiya və məhkəmələrin rəhbərlərinə qarşı cinayət işi başlanıb. 2008-ci ildə ümumilikdə ölkədə 15 milyon dollar rüşvət alınıb ki, bu da ötən 5 il ərzində alınan rüşvətin ümumi məbləğindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR