Bank Of Baku

Kvemo-Kartlidə “Kənd təsərrüfatının inkişafı və persrektivləri ” mövzusunda tədbir keçirilib

Kvemo-Kartlidə “Kənd təsərrüfatının inkişafı və persrektivləri ” mövzusunda tədbir keçirilib
# 07 fevral 2009 08:04 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Kvemo-Kartlida “Kənd təsərrüfatının inkişafı və persrektivləri ” mövzusunda tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Vətəndaş İnkişafı Agentliyi və Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin bölgə departamentinin həyata keçirdikləri birgə layihə əsasında keçirilib. Mövzuya aid müzakirələrdə Qardabani, Dmanisi, Marneuli, Zalqa, Bolnisi rayonlarından gəlmiş fermerlər, qeyri-hökumət təşkilatları və xarici donor təşkilatlarının, dövlət strukturlarının nümayəndələri çıxış ediblər. Tədbirdə kənd təsərrüfatı texnikasının alınması ciddi müzakirə obyektinə çevrilib. İştirakçılar təklif ediblər ki, Gəncə avtomobil zavodunun istehsal etdiyi “Belarus” markalı traktorun alınması üçün danışıqlar aparılsın. Bölgə qubernatoru David Kirkitadze öz çıxışında günün prioritet məsələlərini sadalayıb. O, meliorasiyanın reoabilitasiyası, kartofçuluğun inkişafı, ekoloji cəhətdən sağlam kənd təsərrüfatı məhsullarının istehsalı, toxumçuluğun inkişafı üçün şəraitin yaradılması, qeyri-hökumət təşkilatların bazasında yeni layihələrin həyata keçirilməsinə donorların cəlb olunması məsələlərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR