Bank Of Baku

Kriminal avtoritet “Alik Soçinski” Moskvada qətlə yetirilib

Kriminal avtoritet “Alik Soçinski” Moskvada qətlə yetirilib
# 07 fevral 2009 08:14 (UTC +04:00)
Moskva-APA. Moskvanın qərbində 36 yaşlı kriminal avtoritet “Alik Soçinski” qətlə yetirilib. APA-nın məlumatına görə, əsl adı Alik Minalyan olan avtoriteti kirayədə qaldığı evin qarşısında avtomat silahdan açılan atəş nəticəsində qətlə yetiriblər. Minalyanı evinə gətirən “Mercedes” markalı avtomobilin sürücüsü Avanes Poqosyan atəş nəticəsində ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, iki il əvvəl “Alik Soçinski”nin üzərində silah tapılıb və ona məhkəmənin qərarı ilə bir il müddətinə şərti iş verilib. Hüquq-mühafizə orqanları Soçidə yaşayan kriminal avtoritetin Krasnodar vilayətində cəzaçəkmə müəssisələrinin fəaliyyətinə “nəzarət etdiyi”ni bildirir. Soçidə Olimpiadaya hazırlıqla bağlı fəaliyyətini aktivləşdirən “Alik Soçinski” 2006-cı ildə də Moskvada sui-qəsdə məruz qalıb.

Qeyd edək ki, bu, son iki gündə Moskvada həyata keçirilən sayca dördüncü sifarişli qətldir. Fevralın 5-də paytaxtda Qroznı merinin sabiq müavini Gilani Şepiyev, bir qədər əvvəl isə onun mühafizəçisi Kaxa Kalandaraşvili qətlə yetirilib. Həmin gün Moskvanın Sovet Ordusu küçəsində Qroznı sakini Tamerlan Əhmədov öldürülüb. Bu faktlarla bağlı saxlanan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR