Bank Of Baku

Gürcüstan itkin düşmüş hərbçilərin siyahısını Rusiyaya təqdim edib

Gürcüstan itkin düşmüş hərbçilərin siyahısını Rusiyaya təqdim edib
# 07 fevral 2009 08:19 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan ötən ilin avqustunda baş verən hərbi münaqişə zamanı itkin düşmüş 32 hərbçinin siyahısını Rusiyaya təqdim edib. APA-nın məlumatına görə, sənədlər qarşı tərəfə Qafqazda humanitar problemlərin həllinə dair Rusiya-Gürcüstan ictimai komissiyasının ikinci iclasında təqdim olunub. İclasda iştirak edən Rusiya İctimai Palatasının üzvü Maksim Şevçenko siyahının dərc olunacağını deyib. Qeyd edək ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra Tiflis Moskva ilə diplomatik münasibətləri dondurub. Gürcüstanın Rusiyadakı maraqlarını İsveçrə səfirliyi təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR