Bank Of Baku

Avropa Şurasının insan haqları üzrə komissarının Gürcüstana 1 həftəlik səfəri başlayır

Avropa Şurasının insan haqları üzrə komissarının Gürcüstana 1 həftəlik səfəri başlayır
# 09 fevral 2009 10:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bu gün Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin Gürcüstana bir həftəlik səfəri başlayır. Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, səfər keçən il baş verən münaqişədən zərər görmüş ərazilərdə insan haqları və humanitar prinsiplərə hörmət göstərilməsi ilə bağlı həyata keçirilən və hazırda davam edən monitorinqin tərkib hissəsidir. T. Hammarberq Tiflis, Suxumi, Qali və Kodor dərəsindəki insan hüquqları təsisatlarını ziyarət etməyi planlaşdırır. O, yerli hakimiyyət nümayəndələri, BMT-nin Gürcüstandakı Müşahidə Missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək. Səfərdən bir neçə həftə sonra xüsusi hesabatın dərc olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR