Bank Of Baku

Şarl Aznavur Ermənistanın İsveçrədəki səfiri olmaqdan imtina edib

Şarl Aznavur Ermənistanın İsveçrədəki səfiri olmaqdan imtina edib
# 09 fevral 2009 13:34 (UTC +04:00)
Paris – APA. Erməni mənşəli Fransa sənətçisi Şarl Aznavur Ermənistanın İsveçrədəki səfiri olmaqdan imtina edib. APA-nın məlumatına görə, Ş. Aznavur bunu İspaniyanın “El Pais” qəzetinə açıqlamasında deyib. O, sərbəstliyini itirmək istəmədiyini söyləyib: “Bu yaxınlarda Ermənistan prezidenti mənə İsveçrədə səfir vəzifəsini təklif etdi. Mən bundan qürur duydum və çox sevindim. Amma sonradan düşündüm ki, təklifi qəbul etsəm, sərbəstliyimi və azadlığımı itirəcəyəm”.

Xatırladaq ki, ötən ilin dekabrında Ş. Aznavur Ermənistan vətəndaşlığına qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR