Bank Of Baku

Ramzan Kadırov tanınmamış İçkeriya Respublikasının hökumət başçısı Əhməd Zakayevə Qroznıda iş təklif edib

Ramzan Kadırov tanınmamış İçkeriya Respublikasının hökumət başçısı Əhməd Zakayevə Qroznıda iş təklif edib
# 10 fevral 2009 08:11 (UTC +04:00)
Qroznı-APA. Çeçenistan prezidenti Ramzan Kadırov Böyük Britaniyada sığınacaq tapmış çeçen mücahidlərinin emissarı Əhməd Zakayevə Çeçenistan Mədəniyyət Nazirliyində iş təklif edib. Apa-nın məlumatına görə, Ramzan Kadırov Əhməd Zakayevin aktyor olduğunu xatırladaraq onun Qroznı Teatrında gözəl rollar yarada biləcəyini deyib: “Ona Mədəniyyət Nazirliyində iş təklif edə bilərəm. Zakayev ölkəyə qayıtmaq üçün bir dəfə mənimlə əlaqə saxlayıb. Əhməd çox gözəl aktyor və yüksək təhsil görmüş adamdır. Müharibədən sonra Çeçenistanda çox az sayda kişi qalıb. Hesab edirəm ki, hər bir çeçen kişisi bizim üçün dəyərlidir”. Qeyd edək ki, Kadırov bundan əvvəl də Zakayevin təhlükəsizliyinə təminat verib və Vətənə qayıdacağı təqdirdə onu işlə təmin etməyə söz verib. Ötən ay Rusiya Federal Təhlükəsizlik Xidməti Zakayevin tərəfdarlarının Çeçenistanda qanunsuz silahlı birləşmələr formalaşdırmaqla məşğul olduğunu bəyan edib. Bu bəyanatdan bir neçə gün sonra Kadırovun tərəfdarları Zakayevə sahib çıxaraq bildiriblər ki, o, heç bir terrorçu fəaliyyətlə məşğul olmur. Əhməd Zakayev 2007-ci ildə tanınmamış İçkeriya Respublikasının hökumət başçısı seçilib. Sabiq səhra komandiri 2002-ci ildən Londonda yaşayır, Britaniya hökuməti 2003-cü ildə ona siyasi sığınacaq verib. Rusiya dəfələrlə Zakayevin ekstradisiyasına çalışsa da, buna müvəffəq ola bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR