Bank Of Baku

Daxili İşlər Nazirliyinin baş müfəttişinin qardaşı uşaqbazlıq ittihamı ilə həbs edilib

Daxili İşlər Nazirliyinin baş müfəttişinin qardaşı uşaqbazlıq ittihamı ilə həbs edilib
# 10 fevral 2009 08:19 (UTC +04:00)
Moskva – APA. Rusiya Daxili İşlər Nazirliyində qalmaqal baş verib. APA-nın “Life.ru” saytına istinadən verdiyi məlumata görə, nazirliyin baş müfəttişi Mixail Slizkovun qardaşı Aleksandr 3 azyaşlı qızı zorladığı şübhəsi ilə həbs edilib. A. Slizkovun əməlləri azyaşlı qızların rəfiqəsi, 12 yaşlı Annanın hər şeyi öz anasına danışmasından sonra ortaya çıxıb. Məlum olub ki, A. Slizkov qız uşaqlarını müxtəlif vədlərlə aldadaraq evinə aparıb və içki stəkanlarına yuxu dərmanı ataraq öz çirkin niyyətlərini həyata keçirib. Anna isə içki içməkdən imtina edib və Aleksandr ona toxunmayıb. Annanın anası milisə xəbər verdikdən sonra A. Slizkov həbs olunub. Bir qədər sonra zorlanan qız uşaqlarını valideynləri də milisə şikayət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR