Bank Of Baku

Osetinlər ATƏT müşahidəçilərini saxlayıblar

Osetinlər ATƏT müşahidəçilərini saxlayıblar
# 10 fevral 2009 12:04 (UTC +04:00)
Tiflis – APA. Bu gün səhər ATƏT-in Gürcüstandakı iki müşahidəçisi Cənubi Osetiya separatçıları tərəfindən saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, Gürcüstan Daxili İşlər Nazirliyi ATƏT müşahidəçisi olan zabitlərin yerli vaxtla saat 10.30-da Qori rayonunun Adzvi kəndi yaxınlığında bir qrup silahlı osetin tərəfindən oğurlanaraq Sxinvaliyə aparıldığı haqda məlumat yayıb. Separatçılar isə müşahidəçilərin milis tərəfindən saxlanılaraq sənədlərinin yoxlanıldığını və dərhal sərbəst buraxıldığını bildiriblər. ATƏT-in Gürcüstandakı nümayəndəliyinin əməkdaşı da problemin həll olunduğunu təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR