Bank Of Baku

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Yuşşenko ilə Timoşenko arasında qalmaqal baş verib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Yuşşenko ilə Timoşenko arasında qalmaqal baş verib
# 10 fevral 2009 16:25 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, prezident Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonu çox sərt və ağır ifadələrlə tənqid atəşinə tutub. V. Yuşşenko hökumətin Rusiyadan 5 milyard dollar məbləğində kredit almaq üçün Ukraynanın keçmiş SSRİ-nin obyektləri üzərindəki mülkiyyət hüququndan imtina etməyə - yəni “sıfır variantı”na razılıq verdiyini açıqlayıb. İclasda iştirak edən Y. Timoşenko prezidentin çıxışında müdaxilə edərək bu sözlərin həqiqətə uyğun olmadığını deyib. V. Yuşşenko isə cavab olaraq öz katibliyinin rəhbəri Viktor Baloqadan müvafiq sənədləri təqdim etməsini istəyib. V. Baloqa Y. Timoşenkonun xarici işlər nazirinin və maliyyə nazirinin müavinlərinə verdiyi direktivin məzmunu elan edib. Baş nazir tərəfindən Rusiyaya ezamiyyətə göndərilən məmurlara verilən direktivin 11-ci maddəsində məhz “sıfır variantı”ndan söhbət gedir. V. Yuşşenko bildirib ki, Rusiyanın Ermənistan, Belarus və Moldova kimi ölkələrə kredit ayırması bu dövlətlərin öz qaz sistemləri üzərində nəzarəti itirməsinin ilk addımı olub. O, Y. Timoşenkonun Rusiya ilə qaz müqaviləsinə dair danışıqlar aparmaq və sənəd imzalamağa səlahiyyəti olmadığını da əlavə edib və çıxışını tamamladıqdan sonra iştirakçılara iclasın qapalı rejimdə davam edəcəyini söyləyib: “Siz burada məxfi materialları əldə etdiniz və mən şəxsi məsuliyyətiniz barədə sizə xəbərdarlıq edirəm”. Bu zaman Y. Timoşenko söz alaraq mövqeyini media nümayəndələrinə çatdırmağa çalışıb: “Mətbuatın çıxmasından əvvəl mən bəyan etmək istəyirəm ki, cənab Viktor Yuşşenkonun bir sözü də həqiqətə uyğun deyil”. Bundan sonra canlı yayım kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR