Bank Of Baku

ABŞ Ukraynaya maliyyə yardımı ayırmağa hazırdır

ABŞ Ukraynaya maliyyə yardımı ayırmağa hazırdır
# 11 fevral 2009 09:42 (UTC +04:00)
Vaşinqton – APA. “Ukrayna ABŞ-dan maliyyə yardımı istəyərsə, Barak Obama administrasiyası bu xahişi nəzərdən keçirə bilər”. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Robert Vud deyib. O, məsələ ilə bağlı hər hansı vəd verə bilməyəcəyini, Ukraynanın müvafiq xahişlə Vaşinqtona müraciət edib-etmədiyini də bilmədiyini söyləyib: “Mən onu bilirəm ki, baş nazir Timoşenko bəzi dövlətlərə müraciət edib”. Kəskin maliyyə böhranı ilə üzləşən ABŞ-ın Ukrayna üçün lazım olam milyardları haradan tapacağı ilə bağlı suala isə R. Vud belə cavab verib: “Ukrayna ABŞ-ın vacib tərəfdaşıdır. Ona görə də bizə müraciət daxil olarsa, buna baxılacaq”.
Qeyd edək ki, Ukraynanın baş naziri Yuliya Timoşenko Rusiyadan 5 milyard dollar kredit istəyib. Prezident Viktor Yuşşenko isə buna kəskin etirazını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR