Bank Of Baku

Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti Yuliya Timoşenkonun fəaliyyətini araşdıracaq

Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti Yuliya Timoşenkonun fəaliyyətini araşdıracaq
# 12 fevral 2009 08:52 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Baş Prokurorluğa və Təhlükəsizlik Xidmətinə qaz idxalı və tranzitinə dair Rusiya ilə aparılan danışıqların və imzalanan sazişlərin qanuna nə dərəcədə uyğun olduğunu 1 ay ərzində yoxlamaq barədə tapşırıq verib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Baş Prokurorluq və Təhlükəsizlik Xidməti danışıqlarla bağlı verilən direktivləri və aparılan danışıqlarda bu direktivlərə əməl olunub-olunmadığını da araşdıracaq.
Xatırladaq ki, prezident Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonun təbii qaz mövzusunda Rusiya ilə danışıqlar aparmaq və saziş imzalamaq hüququna malik olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR