Bank Of Baku

İnquşetiyada silahlı şəxslərin zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı 4 milis həlak olub

İnquşetiyada silahlı şəxslərin zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı 4 milis həlak olub
# 12 fevral 2009 12:12 (UTC +04:00)
Nazran – APA. Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərində silahlı şəxslərin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, şəhərdə pasport rejimi yoxlanılarkən evlərin birində gizlənmiş yaraqlılar milislərə atəş açıblar. Daha sonra onlar quraşdırdıqları partlayıcı qurğunu işə salıblar. Şiddətli partlayış nəticəsində yaraqlılar və 4 milis işçisi ölüb, daha 3 milis yaralanıb. Evin dağıntıları altında 2 silahlı adamın meyiti tapılıb. Onların şəxsiyyəti müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR