Bank Of Baku

Ukraynanın maliyyə naziri istefa verib

Ukraynanın maliyyə naziri istefa verib
# 12 fevral 2009 15:20 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın maliyyə naziri Viktor Pinzenik istefaya gedib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Pinzenik istefa qərarını nazirliyin internet saytı vasitəsilə açıqlayıb. O, əvvəllər də hökumətdə çalışdığını və hər zaman peşəkar mövqe tutduğunu bildirib: “Mən balanslaşdırılmış büdcə, minimal kəsir, kəsirin qeyri-emissiya yolu ilə qapadılması və digər prinsipləri rəhbər tutaraq çalışmışam. Lakin hazırkı şəraitdə maliyyə nazirinin mövqeyi siyasətin girovuna çevrilib. Maliyyə naziri bu vəziyyəti dəyişə, eyni zamanda öz peşəkar yanaşmalarından da imtina edə bilməz”. V. Pinzenik belə vəziyyətdə maliyyə naziri vəzifəsində qalmasını öz mənasını itirdiyini vurğulayıb.
Qeyd edək ki, V. Pinzeniklə baş nazir Yuliya Timoşenko arasında büdcə məsələsi ilə bağlı fikir ayrılığı var idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR