Bank Of Baku

Nazranda baş verən terror aktında yaralananların sayı 24 nəfərə çatıb

Nazranda baş verən terror aktında yaralananların sayı 24 nəfərə çatıb
# 13 fevral 2009 10:26 (UTC +04:00)
Nazran-APA. Nazranda xüsusi əməliyyat zamanı öldürülən terrorçular İnquşetiya ərazisində irimiqyaslı terror aktı planlaşdıran kamikadzelər olub. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, dünən Nazranın “Çentr-Kamaz” adlanan elitar rayonunda xüsusi təyinatlı qüvvələr milis əməkdaşlarına atəş açan terrorçuları mühasirəyə alıblar. Terrorçuların zərərsizləşdirilməsi prosesinə ağır zirehli texnika da cəlb olunub. Bir saatdan artıq davam edən atışmadan sonra terrorçular atəşi dayandırıblar. Milislər binaya daxil olmaq istəyərkən güclü partlayış baş verib. Partlayışın gücündən hətta ətraf binalara da ciddi zərər dəyib. Ekspertlər partlayışın gücünün 70 kiloqram trotil ekvivalentində olduğunu güman edirlər. Partlayış nəticəsində 4 “OMON”çu ölüb, 24 nəfər yaralanıb. Binada üç terrorçunun olduğu güman edilsə də, hadisə yerindən yalnız bir nəfərin cəsədi tapılıb. Öldürülən terrorçunun yerli sakin, 33 yaşlı Həsən Mutaliyev olduğu müəyyənləşib. Partladılan binanın həyətində içərisində alüminium tozu və selitra olan, detonator birləşdirilmiş 4 ədəd 200 litrlik dəmir çəllək aşkarlanıb. Bundan başqa həyətdəki maşının yük yerindən iki fuqas bombası tapılıb. Partlayıcılar hadisə yerindəcə zərərsizləşdirilib. Partladılan evin İnquşetiya Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Sultan Çiçkiyevə məxsus olduğu bildirilir. Hazırda onun haqqında axtarış elan olunub. Terrorçunun Çiçkiyevin evinə necə daxil olması araşdırılır. Qeyd edək ki, ötən həftə İnquşetiya prezidenti respublika ərazisində irimiqyaslı terror aktı hazırlaşdığını, iki kişi və bir qadın terrorçu haqqında axtarış elan olunduğunu bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR