Bank Of Baku

Rusiya və Türkiyə prezidentləri strateji xarakterli birgə Bəyannamə imzalayıblar

Rusiya və Türkiyə prezidentləri strateji xarakterli birgə Bəyannamə imzalayıblar
# 13 fevral 2009 13:44 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kremldəki mənbə Bəyannamənin ikitərəfli əməkdaşlığın gəldiyi nöqtəni fiksasiya edən və münasibətlərin gələcək inkişafı üçün vəzifələri müəyyənləşdirən strateji sənəd olduğunu deyib. Birgə mətbuat konfransında çıxış edən D. Medvedev imzalanan Bəyannaməni siyasi sənəd adlandırıb: “Bu, adi bir forma və ya çərçivə deyil, elə bir sənəddir ki, xarici siyasət, iqtisadi, ticarət, humanitar sahələrdə əlaqələr onun əsasında reallaşacaq”. Rusiya prezidenti son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsinin 35 dəfə artaraq 2008-ci ildə 34 milyard dollara çatdığını bildirib. A. Gül isə yaxın vaxtlarda ticarət dövriyyəsinin həcminin 50 milyard dollara yüksələ biləcəyini vurğulayıb. Bəyannamədə iki ölkə sahibkarları üçün viza prosedurlarının sadələşdirilməsi də nəzərdə tutulur.
A.Gül Moskvada Rusiya Federasiya Şurasının sədri Sergey Mironovla da görüşüb. O, Rusiyanın Türkiyənin ən iri xarici ticarət tərəfdaşı olduğuna diqqət çəkib. A. Gülün sözlərinə görə, Rusiya Türkiyənin təbii qaz ehtiyatının üçdə ikisini, neft ehtiyacının isə üçdə birini ödəyir. Ancaq o, hazırda gömrük sahəsində mövcud olan problemlərə görə türk mallarının Rusiyaya ixracının azaldığını da əlavə edib. Rusiyanın enerji naziri Sergey Şmatko isə ölkəsinin Türkiyə ilə Atom Elektrik Stansiyasının tikintisi və elektrik enerjisi sahəsində azı 60 milyard dollarlıq müqavilə imzalaya biləcəyini açıqlayıb: “Bu gün biz Türkiyədə AES tikintisi ilə bağlı tenderdə iştirak edirik. Digər iştirakçıların demək olar ki, hamısı tenderdən çıxıb. Bizim təkliflərimiz texnoloji planda türk tərəfini qane edir”. S. Şmatko AES layihəsinin 12 illik olduğunu və 4 enerji blokunun tikintisinin 18-20 milyard dollara başa gələcəyini deyib.
Qeyd edək ki, A. Gül Moskvadan Kazana uçacaq və iki gün Tatarıstanda qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR