Bank Of Baku

Rusiya ilə Türkiyə “dondurulmuş münaqişələr”in həlli üçün effektiv tədbirlər görülməsini zəruri sayır

Rusiya ilə Türkiyə “dondurulmuş münaqişələr”in həlli üçün effektiv tədbirlər görülməsini zəruri sayır
# 13 fevral 2009 15:14 (UTC +04:00)
Moskva – APA. “Rusiya ilə Türkiyə Avrasiya regionunda sülh və təhlükəsizliyin Cənubi Qafqazdakı sabitliklə birbaşa əlaqəli olduğunu nəzərə alaraq Cənubi Qafqazda potensial gərginlik mənbəyi olan “dondurulmuş münaqişələr”in həlli üçün effektiv tədbirlər görülməsini zəruri sayır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözlər Rusiya və Türkiyə prezidentləri Dmitri Medvedevlə Abdulla Gülün imzaladığı birgə Bəyannamədə əksini tapıb. Tərəflər bu kontekstdə Türkiyənin irəli sürdüyü Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması ideyasını “dondurulmuş münaqişələr”in həllinə cəlb olunmuş tərəflər arasında etimadsızlığın aradan qaldırılmasına yönəlmiş beynəlxalq mexanizmləri tamamlayan konstruktiv təşəbbüs kimi xarakterizə edir.
Rusiya prezidenti Dmitri Medvedev Qafqazın problemlərinin həllinə üçüncü ölkələrin müdaxiləsinə ehtiyac olmadığını bildirib: “Ötən ilin avqust böhranı belə təhlükələr zamanı bölgə ölkələrinin koordinasiyasının nə qədər vacib olduğunu, həmçinin bizim bu cür problemlərlə regiondan kənar güclərin iştirak olmadan bacara bildiyimizi göstərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR