Bank Of Baku

İran və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsini müzakirə edəcəklər

İran və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsini müzakirə edəcəklər
# 14 fevral 2009 08:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İran prezidenti Mahmud Əhmədinejad və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bu gün Tehranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparacaqlar. APA-nın Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, Q. Berdıməhəmmədov dünən İrana iki günlük rəsmi səfərə gedib. Bu gün o, Tehranda həmkarı tərəfindən qəbul ediləcək. Danışıqlarda iqtisadi, ticarət, nəqliyyat və yanacaq-enerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə olunacaq. Dövlət başçıları bir sıra beynəlxalq problemləri, o cümlədən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsini də müzakirə edəcəklər. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR