Bank Of Baku

Rusiyadakı kömür mədənində baş verən partlayış nəticəsində 2 nəfər ölüb

Rusiyadakı kömür mədənində baş verən partlayış nəticəsində 2 nəfər ölüb
# 14 fevral 2009 10:31 (UTC +04:00)
Kuzbass – APA. Rusiyanın Kuzbass vilayətindəki Prokopyevsk şəhərində yerləşən Voroşilov adına kömür mədənində qəza baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12.30-da mədənin sahələrindən birində karbon-oksid qazının səviyyəsinin yüksəlməsi ilə bağlı informasiya daxil olub. Hadisə yerinə xilasedicilər göndərilib. Onlar mədəndəki bütün işçiləri – ümumilikdə 172 nəfəri yerin altından çıxarıblar. Xilasedicilər qəzanın səbəblərini aydınlaşdırmaq üçün mədənə eniblər. Ancaq bir qədər sonra partlayış baş verib. Nəticədə Prokopyevsk hərbiləşdirilmiş dağ-xilasedici dəstəsinin iki üzvü həlak olub. Hazırda kömür mədənində işlər dayandırılıb. Qəzanın səbəblərini araşdırmaq üçün vilayət qubernatoru Aman Tuleyevin rəhbərliyi ilə komissiya yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR