Bank Of Baku

Moskvada “qanuni oğru” Koba Kutaisski yaxalanıb

Moskvada “qanuni oğru” Koba Kutaisski yaxalanıb
# 16 fevral 2009 13:51 (UTC +04:00)
Moskva – APA. Moskva şəhərində daha bir gürcüstanlı kriminal avtoritet – 36 yaşlı Koba Kutaisski (Koba Sersvadze) yaxalanıb. APA-nın “Praym-Taym”a istinadən verdiyi məlumata görə, üzərində heroin aşkarlanan K. Kutaisskinin Rusiya pasportunun qanunsuz olduğu və ölkədə qeyri-qanuni yaşadığı müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanları K. Sersvadze ilə ilk dəfə 1997-ci ildə tanış olub. O, məişət texnikası satılan mağazanın satıcısının pul kisəsini oğurladığına görə həbs edilib. Bundan sonra Koba mənzil oğruluqları və qarətlər üzrə “ixtisaslaşıb”. 2003-cü ildə milis işçiləri onu yaxalamaq üçün evinə gələrkən özünü pəncərədən yerə atan “qanuni oğru”nun ayaqları qırılıb. Ötən ilin iyulunda isə K. Kutaisski Klyazminsk su anbarında teploxodda keçirilən “oğru sxodkası” zamanı yaxalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR