Bank Of Baku

Yuşşenkodan Timoşenkoya: “Sizdə oğurluq istedadı var”

Yuşşenkodan Timoşenkoya: “Sizdə oğurluq istedadı var”
# 16 fevral 2009 15:07 (UTC +04:00)
Kiyev – APA. Ukrayna mətbuatı fevralın 10-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında prezident və baş nazir arasında baş vermiş mübahisənin təfərrüatlarını açıqlayıb. APA-nın məlumatına görə, “Ukrainskaya pravda” qəzeti Viktor Yuşşenko və Yuliya Timoşenkonun bazar səviyyəsində mübahisə etdiklərini yazıb. Belə ki, dövlət başçısı Rusiya ilə imzalanan qaz anlaşmalarını “təslimçilik aktı” adlandırıb və üzünü Y. Timoşenko ilə “Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin sədr müavini İqor Didenkoya tutaraq deyib: “Siz fərasətsizsiniz. Uduzmusunuz, uşaqlar! İqor, sən 2009-cu ildə hansı adalarda yaşayacaqsan?!” Y. Timoşenko cavab verməyə çalışarkən V. Yuşşenko daha da qəzəblənib: “Yuliya Vladimirovna, mən sizə hələ söz vermirəm. Siz ki xanımsınız, intizamlı olmalısınız. Amma siz həmişə mətbuatın qarşısına çıxıb şou ilə məşğul olursunuz. Qadın olmasaydınız, sizinlə danışmaq daha asan olardı. Sizdə oğurluq istedadı var. Qoy Allah məni bağışlasın”. Y. Timoşenko cavab olaraq V. Yuşşenkonun 1997-ci ildə baş nazir olarkən ölkəni defolt (dövlətin öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi) vəziyyətinə çatdırdığını söylədikdə prezident daha sərt ifadələr işlədib: “Yuliya Vladimirovna, siz müntəzəm olaraq qaz oğurlayırdınız, indi isə bizə korrupsionerlərdən necə xilas olmağı öyrətməyə çalışırsınız. Siz parlamentdə münasibətləri korrupsiya əsasında qurmusunuz. Sizdə hər şey rüşvət üzərində qurulub. Ali Radadakı tərəfdaşlarınıza pul verməsəniz və onlar özlərinə növbəti “Lexus” almasalar, bağışlayın məni, sizə arxalarını çevirərlər”. Baş nazirin “Viktor Andreyeviç, məhkəməyə gedin. Təhlükəsizlik Xidməti, Baş Prokurorluq sizdədir, cinayət işi açın” replikasına isə dövlət başçısı belə cavab verib: “Hansı məhkəməyə?! Sizin məhkəməyə? Sizin nəzarət etdiyiniz məhkəməyə? Siz öz məqsədləriniz naminə insanların meyitləri üzərində hərəkət edirsiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR