Bank Of Baku

Məşhur ekstrasens Anatoli Kaşpirovski efirə qayıdır - FOTO

Məşhur ekstrasens Anatoli Kaşpirovski efirə qayıdır - <font color=red>FOTO</font>
# 17 fevral 2009 10:01 (UTC +04:00)
Moskva – APA. Tanınmış ekstrasens, qalmaqallarla məşhurlaşan Anatoli Kaşpirovski efirə qayıdır. APA-nın “Life.ru” saytına istinadən verdiyi məlumata görə, yaxın günlərdə NTV-də onun hazırladığı proqram yayımlanmağa başlayacaq. 69 yaşlı A. Kaşpirovskinin verilişinə şou-biznesin tanınmış nümayəndələri qatılacaq və qəlblərinin dərinliklərində gizlədiklərini açıb-tökəcəklər. Artıq ilk proqramın çəkilişləri başa çatıb.

Xatırladaq ki, A. Kaşpirovski ötən əsrin 80-ci illərinin sonlarında stadionlarda və televiziya ekranlarında apardığı kütləvi psixoseanslardan sonra populyarlıq qazanıb. Ancaq Boris Yeltsin prezident seçildikdən sonra o, ekranlardan itib və 1995-ci ildə ABŞ-a gedib. Bir qədər sonra A. Kaşpirovski Rusiyaya qayıdıb və yenidən müalicəvi seanslara başlayıb. 2007-ci ilin yanvarında Çelyabinsk Məhkəməsi onu qanunsuz olaraq tibbi fəaliyyətlə məşğul olmaqda günahkar sayaraq 1700 rubl məbləğində cərimələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR