Bank Of Baku

Erməni “qanuni oğru” həbs edilib

Erməni “qanuni oğru” həbs edilib
# 17 fevral 2009 11:03 (UTC +04:00)
Krasnodar – APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodar hava limanında 38 yaşlı “qanuni oğru” Armen Arutunyanı həbs ediblər. APA-nın “Praym Kraym” agentliyinə istinadən verdiyi məlumata görə, “Puxlıy” və “Armen Kanevskoy” ləqəbləri ilə tanınan A. Arutunyan Dubaydan İrəvan vasitəsilə Krasnodara qayıdırmış. O, Novorissiyskdə iki nəfərin ölümü ilə nəticələnən kütləvi dava-dalaşın təşkilində ittiham edilir.

Qeyd edək ki, erməni “qanuni oğru” 1997-ci ildə Krasnodarda məşhur kriminal avtoritet Ded Xasanın rəhbərliyi ilə keçirilən “sxodka”da status alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR