Bank Of Baku

Ukrayna Rusiya səfiri Viktor Çernomırdini persona non-qrata elan edə bilər

Ukrayna Rusiya səfiri Viktor Çernomırdini persona non-qrata elan edə bilər
# 18 fevral 2009 07:54 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, səfirlə şəxsən xarici işlər naziri Vladimir Oqrızko görüşüb və ona persona non-qrata (arzuolunmaz şəxs) elan oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib. V. Oqrızko V. Çernomırdinin Rusiya mətbuatına müsahibəsində Ukrayna dövləti və rəhbərliyi haqqında qeyri-diplomatik ifadələrdən istifadə etməsinə etirazını bildirib. Nazir bu cür fəaliyyətin diplomatik münasibətlərə dair Vyana Konvensiyasına zidd olduğunu, səfirin diplomatik hüquq və beynəlxalq normaları kobudcasına pozduğunu vurğulayıb. V. Çernomırdinin diqqətinə çatdırılıb ki, belə hərəkətlər Ukrayna dövlətini 1961-ci ildə imzalanmış Vyana Konvensiyasının 9-cu maddəsinin tətbiqinə sövq edə bilər. Bu maddə bir dövlətin başqa bir dövlətin səfirini və ya hər hansı diplomatını istənilən zaman səbəb göstərmədən persona non-qrata elan etmək hüququnu ehtiva edir.
Qeyd edək ki, rəsmi Kiyevin qəzəbinə V. Çernomırdinin “Komsomolskaya pravda na Ukraine” qəzetinə müsahibəsində söylədiyi fikirlər səbəb olub. O, fevralın 11-də dərc olunan müsahibəsində deyib: “İndiki Ukrayna rəhbərliyi ilə razılığa gəlmək mümkün deyil. Başqaları gələr, baxarıq”. V. Çernomırdin prezident Viktor Yuşşenko ilə baş nazir Yuliya Timoşenko arasındakı qarşıdurmanı isə belə şərh edib: “İt kimi bir-birini didirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR