Bank Of Baku

Aslan Məshədov Çeçenistanı Rusiyanın tərkibinə qaytarmağa hazır imiş

Aslan Məshədov Çeçenistanı Rusiyanın tərkibinə qaytarmağa hazır imiş
# 19 fevral 2009 08:40 (UTC +04:00)
Moskva – APA. 2004-cü ildə Çeçenistan prezidenti Aslan Məshədov bu respublikanın Rusiya Federasiyasının tərkibinə qayıtması üçün Moskvaya danışıqlar aparmağı təklif edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu A. Məshədovun yaxın silahdaşı olmuş Əyyub Xatayev deyib. O bildirib ki, A. Məshədovun planı İçkeriyada Rusiya hərbi bazasının yerləşdirilməsi, çeçen yaraqlılarının milis sistemində fəaliyyət göstərməsi və Rusiya-Gürcüstan sərhədinin çeçenlər tərəfindən mühafizəsini ehtiva edirdi. Planı Çeçenistan-İçkeriyanın o vaxtkı baş naziri Əhməd Zakayev hazırlayıb. A. Məshədovun keçmiş mühafizəçisi və Avropadakı nümayəndəsi Umar Suqaipov da rəisinin tez-tez Moskva ilə telefon əlaqəsi saxladığını söyləyib.

Qeyd edək ki, U. Suqaipov və Ə. Xatayev qanunsuz silahlı dəstələrin sabiq üzvlərinin və din xadimlərinin Çeçenistan prezidenti Ramzan Kadırovla görüşü çərçivəsində təşkil edilən teledebatda çıxış ediblər. R. Kadırov hələ də dağlarda fəaliyyət göstərən yaraqlıları qan tökməyi dayandırmağa çağırıb: “Bu zalda qanunsuz silahlı dəstələrdə fəaliyyət göstərmiş onlarla adam var. Onlar vaxtında ayıldılar. Biz onları öldürmədik, islah olunmaları üçün imkan yaratdıq”. Çeçenistan-İçkeriyanın keçmiş müdafiə naziri Məhəmməd Xambiyev R. Kadırovun sözlərini təsdiqləyib. O, vaxtilə Şamil Basayev və ideoloq Mövladi Uduqovu rusiyalı biznesmen Boris Berezovskinin maliyyələşdirdiyini deyib:” Mən şəxsən Berezovskinin Şamil Basayevə 1 milyon dollar verdiyini şahidi olmuşam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR