Bank Of Baku

Qırğızıstan parlamenti ölkədəki ABŞ aviabazasının ləğvi barədə qanun qəbul edib

Qırğızıstan parlamenti ölkədəki ABŞ aviabazasının ləğvi barədə qanun qəbul edib
# 19 fevral 2009 10:46 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qanun layihəsinin lehinə 78, əleyhinə 1 deputat səs verib, 2 nəfər isə bitərəf qalıb. Sənəd prezident Kurmanbek Bakiyev tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək və Qırğızıstan hökuməti ABŞ-a bazanı çıxarması üçün rəsmi müraciət edəcək. Bundan sonra baza 180 gün ərzində Qırğızıstandan çıxarılmalıdır.

Qeyd edək ki, “Manas” aviabazası 2001-ci ildə NATO-nun Əfqanıstanda apardığı əməliyyatlara dəstək məqsədilə yaradılıb. Aviabazada mindən çox ABŞ hərbçisi, həmçinin hərbi təyyarələr var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR