Bank Of Baku

Türkmənistan prezidenti ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə əlaqələri inkişaf etdirməyi tapşırıb

Türkmənistan prezidenti ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə əlaqələri inkişaf etdirməyi tapşırıb
# 19 fevral 2009 13:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə qardaşlıq, yaxın qonşuluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün kompleks tədbirlər görməyi tapşırıb. APA-nın Türkmənistan KİV-inə istinadən verdiyi məlumata görə, Q. Berdıməhəmmədov bu tapşırığı ölkəsinin diplomatik korpusu ilə keçirdiyi müşavirədə verib.

O, analoji tapşırığı Türkmənistanın İran, Əfqanıstan, Özbəkistan və Qazaxıstandakı səfirlərinə də verib.

Xatırladaq ki, Türkmənistanın Azərbaycandakı səfirliyi 2008-ci ildə fəaliyyətini bərpa edib, səfirliyə Anaməmməd Məmmədov rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR