Bank Of Baku

Özbəkistan və Tacikistan öz əraziləri ilə Əfqanıstana yük daşınmasına razılıq veriblər

Özbəkistan və Tacikistan öz əraziləri ilə Əfqanıstana yük daşınmasına razılıq veriblər
# 20 fevral 2009 10:34 (UTC +04:00)
Vaşinqton – APA. Özbəkistan və Tacikistan öz əraziləri ilə Əfqanıstana qeyri-hərbi xarakterli yüklərin daşınmasına razılıq veriblər. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın nəqliyyat komandanlığının maddi-texniki təminat üzrə idarə rəisi, kontr-admiral Mark Hamitçek deyib. O, Tacikistanın xarici işlər naziri ilə görüşündən sonra bildirib ki, Düşənbə öz avtomobil və dəmir yollarının NATO tərəfindən istifadəsinə icazə verib. ABŞ-ın Tacikistandakı səfiri isə bu ölkənin Əfqanıstana yük daşınması üçün hava dəhlizi də verəcəyini bildirib. M. Hamitçek həftə ərzində Özbəkistandan Tacikistana, oradan isə Əfqanıstana 50-200 konteyner göndərməyi planlaşdırdıqlarını açıqlayıb. Kontr-admiral NATO-nun Əfqanıstandakı bazalarına gedən ən qısa yolun Tacikistandan keçdiyini vurğulayıb.

Qeyd edək ki, Tacikistan-Əfqanıstan sərhədinin uzunluğu 1344 kilometrdir. 2007-ci ilin avqustunda sərhəddəki Pənc çayının üzərində ABŞ-ın yardımı ilə 37 milyon dollarlıq körpü tikilib. Körpüdən sutka ərzində 1000 avtomobil keçə bilər. Sərhəd xəttində 4 başqa körpü də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR