Bank Of Baku

Mahaşqalada bir yaraqlı öldürülüb, üçü tutulub

Mahaşqalada bir yaraqlı öldürülüb, üçü tutulub
# 21 fevral 2009 09:34 (UTC +04:00)
Mahaçqala - APA. Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində qanunsuz silahlı birləşmənin bir üzvü öldürülüb, üç üzvü isə həbs olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, əməliyyat iki ünvanda aparılıb. Həbs olunanlardan “Kalaşnikov” avtomatı, külli miqdarda əl qumbarası, həmçinin, güclü əldəqayırma partladıcı vasitə götürülüb.

Məlumatda o da bildirilir ki, əməliyyat zamanı yaraqlılar xüsusi təyinatlılara ciddi müqavimət göstəriblər, tərəflər arasında güclü atışma olub.

Qısa müddət davam edən atışma zamanı bir yaraqlı öldürülüb, biri isə tutulub. Hazırda xüsusi təyinatlılar daha iki yaraqlının gizləndiyi ehtimal edilən binada axtarış aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR