Bank Of Baku

Gürcüstan müxalifəti aprelin 9-da Mixail Saakaşvilinin istefası tələbi ilə kütləvi aksiyalara başlayacaq

Gürcüstan müxalifəti aprelin 9-da Mixail Saakaşvilinin istefası tələbi ilə kütləvi aksiyalara başlayacaq
# 24 fevral 2009 07:38 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın parlamentdən kənar müxalifəti aprelin 9-dan etibarən prezident Mixail Saakaşvilinin istefası tələbi ilə kütləvi aksiyalara başlamağı planlaşdırır. APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu “Gürcüstanın yolu” Partiyasının lideri, sabiq xarici işlər naziri Salome Zurabişvili açıqlayıb. O bildirib ki, 9 aprel Saakaşvili rejimi üçün sonuncu müddətdir: “Həmin gün etiraz aksiyaları başlayacaq və Saakaşvili rejimi aradan qaldırılana qədər davam edəcək”. S. Zurabişvili aksiyalara M. Saakaşvilinin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə Memorandum imzalamış siyasi partiyaların qatılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR