Bank Of Baku

Rusiya prezidentinin administrasiyasında 100 nəfər ixtisar olunacaq

Rusiya prezidentinin administrasiyasında 100 nəfər ixtisar olunacaq
# 24 fevral 2009 13:06 (UTC +04:00)
Moskva-APA. Rusiya prezidentinin administrasiyasında ixtisarlar gözlənilir. APA-nın məlumatına görə, prezidentin mətbuat katibi Natalya Timakova 100-dək əməkdaşın ixtisar olunması və 2009-2011-ci illərdə administrasiya xərclərinin azaldılması barədə təkliflərin martın 1-dək prezidentə təqdim olunacağını deyib. Qeyd edək ki, prezident administrasiyasının rəhbəri Sergey Narışkin ixtisarlara başlamaq barədə göstəriş verib. İxtisarlar prezidentin səlahiyyətli nümayəndələrini də əhatə edəcək, lakin ixtisar olunan şəxslərin sayı 100 nəfəri keçə bilməz. Eyni sərəncama əsasən, prezident administrasiyasında işə qəbul müvəqqəti olaraq dayandırılıb. Qeyd edək ki, hazırda Rusiya prezidentinin administrasiyasında 1,500 nəfər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR