Bank Of Baku

Sergey Şoyqu: “Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsini inkara görə cinayət məsuliyyəti tətbiq olunmalıdır”

Sergey Şoyqu: “Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsini inkara görə cinayət məsuliyyəti tətbiq olunmalıdır”
# 24 fevral 2009 13:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsini inkara görə cinayət məsuliyyətinin tətbiq olunması təklifi ilə çıxış edib. APA-nın Rusiya KİV-inə istinadən, nazir deyib ki, postsovet məkanında Böyük Vətən müharibəsinin nəticəsini, sovet xalqının xidmətlərini və cəsarətini inkar edənlər var: “Hesab edirəm ki, Rusiya parlamenti Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsini inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməlidir. Bu zaman SSRİ-nin qələbəsini inkar edən bəzi ölkələrin prezidentləri cəzalandırılmadan Rusiyaya gələ bilməzlər. Bəzi şəhərlərin merləri isə abidələri dağıtmazdan öncə yaxşı-yaxşı fikirləşərlər”.

S. Şoyqu bəzi Avropa ölkələrində Holokostu inkara görə cinayət məsuliyyəti tətbiq olunduğunu xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR