Bank Of Baku

Nikolay Bordyuja: “Kollektiv çevik qüvvələr Rusiyanın MDB üzrə partnyorlarına qarşı istifadə olunmayacaq”

Nikolay Bordyuja: “Kollektiv çevik qüvvələr Rusiyanın MDB üzrə partnyorlarına qarşı istifadə olunmayacaq”
# 24 fevral 2009 14:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik qüvvələri təşkilata üzv ölkələrin müxtəlif təhlükələrdən müdafiəsi məqsədilə yaranıb, bu qüvvələrdən Rusiyanın Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə partnyorlarına qarşı istifadə olunmayacaq”. APA-nın məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün «Vesti» telekanalına müsahibədə deyib. O, kollektiv çevik qüvvələrin (KÇQ) daxili münaqişələr zamanı da tətbiq olunmayacağını vurğulayıb. Bu qüvvələrdən dövlətlərarası ikitərəfli siyasi problemlərin həlli və MDB üzrə partnyor və qonşu ölkələrə qarşı da istifadə edilməyəcəyini söyləyən N. Bordyujanın sözlərinə görə, KÇQ-nin xidmətinə, ilk növbədə, KTMT-ə üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin müdafiəsi məsələlərində müraciət edilə bilər: “Kollektiv çevik qüvvələrdən hərbi, lokal, sərhədyanı münaqişələrin həlli, hərbi qruplaşmalar tərəfindən terror cəhdlərinin, narkotrafikin qarşısının alınması, quldur birləşmələrinin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların keçirilməsi məqsədilə istifadə ediləcək. Bundan əlavə, bu qüvvələr xüsusi tapşırıqlar da həyata keçirəcək. Məsələn, boru kəmərlərinin mühafizəsi, hansısa yoluxmaya məruz qalmış rayonun mühafizə olunması, texnogen və təbii fəlakətlərlə bağlı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması bu sıraya daxildir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR