Bank Of Baku

Rusiyanın Sverdlovsk vilayətində baş verən yanğın nəticəsində 8 nəfər ölüb

Rusiyanın Sverdlovsk vilayətində baş verən yanğın nəticəsində 8 nəfər ölüb
# 25 fevral 2009 07:51 (UTC +04:00)
Sverdlovsk – APA. Rusiyanın Sverdlovsk vilayətində birmərtəbəli taxta evdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, insident vilayətin Kamışlovsk rayonunun Obuxovsk kəndində baş verib. Yanğın barədə informasiya fevralın 25-nə keçən gecə yerli vaxtla saat 03.04-də daxil olub. Ancaq yanğınsöndürənlər hadisə yerinə vaxtında çata bilməyiblər. Ölənlərdən 7-si (3-ü uşaq) eyni ailənin mənsubları, 1-i isə onların qonşu Talitsa şəhərindən gəlmiş qonağıdır. Evdə olan yaşlı qadın möcüzə nəticəsində sağ qalıb və 2 yaşlı nəvəsini xilas edə bilib. İlkin versiyaya əsasən yanğına tam söndürülməmiş siqaret səbəb olub. Olayın qəsdən törədildiyi versiyası da araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR