Bank Of Baku

Bişkekdə “Aytmatov və muasirlik” beynəlxalq forumu keçirilir

Bişkekdə “Aytmatov və muasirlik”  beynəlxalq forumu keçirilir
# 26 fevral 2009 08:47 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. Qırğızıstan paytaxtında “Aytmatov və muasirlik” adlı beynəlxalq forum öz işinə başlayıb. APA-nın Qazaxıstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, forum qırğız yazıçısı Çingiz Aytmatovun 80 illik yubiley tədbirləri çərçivəsində keçirilən “MDB ölkələrində ədəbiyyat və oxu ili”nin nəticələrinə həsr olunub. Foruma dövlət və ictimai xadimlər, mədəniyyət, incəsənət, təhsil və ədəbiyyat sahəsində çalışan ziyalılar qatılıb. Tədbirdə Azərbaycanı yazıçı-publisist Rəşad Məcid, Səlim Babullaoğlu, Vaqif Bəhmənli təmsil edirlər. Forum iştirakçıları Çingiz Aytmatovun ədəbiyyatdakı rolu, qoyduğu irs, barədə danışıblar. Tədbirdə həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR