Bank Of Baku

Moldova prezidenti “Şərq tərəfdaşlığı”na qarşı çıxıb

Moldova prezidenti “Şərq tərəfdaşlığı”na qarşı çıxıb
# 27 fevral 2009 08:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı Rusiyanın ətrafında həlqə yaratmaq cəhdinə bənzəyir”. APA-nın məlumatına görə, bu sözləri Moldova prezidenti Vladimir Voronin “Kommersant” qəzetinə müsahibəsində deyib. O, “Şərq tərəfdaşlığı”nı MDB-2 kimi qiymətləndirib: “Avropa Birliyinin nəzarətində ikinci bir MDB yaratmağa nə ehtiyac var? Biz cənub-şərqi Balkanlar proqramı çərçivəsində konstruktiv işimizi davam etdiririk. Qoy Ermənistan, Gürcüstan və Azərbaycan məndən inciməsinlər, amma Avropa perspektivi onlardan xeyli uzaqdır. Biz isə ötən illər ərzində avrointeqrasiya istiqamətində ciddi irəliləyişə nail olmuşuq”.
Qeyd edək ki, AB-nin “Şərq tərəfdaşlığı” proqramında Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR